İlham Əliyev: Azərbaycan ağır günlərdə Türkiyənin ətrafında səfərbər oldu
Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən dağıdıcı zəlzələnin ikinci ildönümü ilə bağlı bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığında deyilir.
Dövlət başçısı qeyd edib ki, həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü:
“Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq”.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyədə baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident: Azərbaycanın Kahramanmaraşda bərpa işlərinə töhfə verərək Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq
Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələnin ikinci ili münasibətilə Ərdoğana məktub ünvanlayıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
