BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu bildirib
sizinxeber.az xəbər saytı

BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu bildirib


Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxış keçirilir.

Sizinxeber.az-nın xəbərinə görə, dekabrın 2-də baxışın ilk günündə Komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu edib.

Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb.

Oxşar xəbərlər

Ermənistan rəsmisi BMT tribunasından faşist Qaregin Njdeni müdafiə edib
Ermənistan XİN: Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlanır
Ermənistan XİN: İrəvanın COP29-da iştirakı ilə bağlı heç bir qərar yoxdur
Ermənistan xarici işlər nazirinin müavini iranlı həmkarına zəng edib
Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle