Qvineya-Bisau XİN rəhbəri: İndi ən vacib məsələ Azərbaycanla ikitərəfli əməkdaşlığa başlamaqdır
sizinxeber.az xəbər saytı

Qvineya-Bisau XİN rəhbəri: İndi ən vacib məsələ Azərbaycanla ikitərəfli əməkdaşlığa başlamaqdır


İndi ən vacib məsələ bizim ikitərəfli əməkdaşlığa başlamaqdır. Nümayəndə heyətimizdə təmsil olunanlardan 7 nəfəri keçmişdə Azərbaycanda təhsil alıb.

APA xəbər verir ki, bunu Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

“Bizim ölkə təbii resurslarla zəngindir. Azərbaycanın da bu sahədə təcrübəsi var. Sizin təcrübənizlə biz bu sahələrdə inkişafımızı təkmilləşdirmiş olacağıq. Biz gələn il Azərbaycanda Qvineya-Bisau tələbələrinin təhsil alması proqramını başladacağıq. Mümkün qədər tez şəkildə biz siyahını hazırlayacağıq”.

Nazir Azərbaycan nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib: "Azərbaycandan nümayəndə heyəti bizim ölkəmizə gəlsin, potensialımızı görsünlər və investisiya imkanlarını nəzərdən keçirsinlər".

Oxşar xəbərlər

Azərbaycan və Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcəklər
Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Gələn ildən Azərbaycanda qvineya-bisaulu tələbələrin təhsil alması üçün proqrama başlanılacaq
Karlos Pinto Pereira Azərbaycanı Afrikaya investisiya qoymağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər