İcma: "Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoyulmalıdır"
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyanın Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqlaması barədə bəyanat yayıb.
İcmadan "Report"a verilən məlumata görə bəyanatda deyilir:
"Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama vermişdir.
Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan rəsmisi öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş, yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır.
Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham etməyə çalışan Marukyanın diqqətinə çatdırmaq istərdik ki, əsl etnik təmizləməni Ermənistan hökuməti Göyçədə, Zəngəzurda, Dərələyəzdə, İrəvanda və digər yerlərdə edib.
Qərbi Azərbaycan İcması tarixi ədalətin tam bərqərar olacağına – Ermənistandan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inanır.
Yalandan tez-tez sülhdən danışan Ermənistan hakimiyyəti Vardan Oskanyan, Arman Tatoyan, Artak Beqlaryan ağlında olan E.Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalı və Qərbi azərbaycanlıların qayıdışlarına şərait yaratmalıdır".
Oxşar xəbərlər
İcma Ermənistandan Azərbaycanın suverenliyini təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan-Ankara razılaşması: Ani körpüsü 10 aydır “gözləyir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırır - Baş katibin nümayəndəsi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












