Sudanın müstəqilliyinin 68-ci ildönümü qeyd olunub
Dekabrın 30-da Sudanın Azərbaycandakı səfirliyində Afrika ölkəsinin müstəqilliyinin 68-ci ildönümü ilə bağlı tədbir təşkil edilib.
Bu barədə “Sizinxeber.az”a diplomatik missiyadan bildirilib.
Tədbirdə Azərbaycanda yaşayan Sudan icmasının üzvləri və onların ailə üzvləri iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim müstəqillik gününün əhəmiyyətindən danışarkən bildirib ki, Sudan Afrika qitəsində müstəqillik əldə etmiş ilk ölkələrdən biridir və o öz müstəqilliyini və azadlığını əldə etmək istəyən başqa ölkələrdəki azadlıq hərəkatlarına da dəstək verib. O həmçinin 1956-cı ilin yanvarın 1-də Sudanı müstəqil və azad ölkəyə çevirmiş dövlət qurucularını göstərdikləri fədakarlığa görə yad edib. Eyni zamanda, Azərbaycan – Sudan münasibətlərindən bəhs edən diplomat Afrika ölkəsinin Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırarkən Bakıda Sudan səfirliyinin hələ 1993-cü ilin fevralında açıldığını xatırladıb.
Sudan səfirliyinin binası müstəqillik gününə görə gül-çiçəklə bəzədilib və Sudan dövlətinin müstəqilliyini nümayiş etdirən lövhələr asılıb.
Oxşar xəbərlər
Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: “Azərbaycandakı diplomatik nümayəndəliklərlə bağlı heç vaxt insident olmayıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













