Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “EuroVillage 2025” (Avropa Şəhərciyi) tədbiri keçirilir.
“Report” xəbər verir ki, tədbir Avropa Günü münasibətilə təşkil olunub, Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycanın Gənclər və İdman Nazirliyi və digər tərəfdaş qurumların birgə iştirakı ilə həyata keçirilir.
Qeyd edək ki, builki "EuroVillage 2025" sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.
Tədbir çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Həmçinin ziyarətçilər üçün musiqi, rəqs, idman oyunları və hədiyyəli müsabiqələr təşkil edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Avropa şəhərciyi qitəyə açılan bir pəncərədir:
"Bu, Avropa İttifaqını unikal edən onun zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və zövq almaq üçün bir imkandır. Bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”
Oxşar xəbərlər
Bakıda Rumıniyanın Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Peter Mixalko Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib
Aİ-nin Azərbaycandakı nümayəndəsi Azərbaycanı təbrik edib
Yalçın Rəfiyev Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
