İran XİN başçısı: Diplomatiya üçün nə qədər imkanlar qaldığını artıq bilmirəm
ABŞ-ın hava zərbələri nəticəsində nüvə obyektlərinə nə dərəcədə ziyan dəydiyi barədə hələ ki, dəqiq məlumatım yoxdur.
Sizinxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Abbas Araqçi bildirib ki, istənilən halda ABŞ-ın hücumu beynəlxalq hüququn pozulmasıdır: “Dəyən zərərdən asılı olmayaraq, istənilən halda bir nüvə obyektinə hücum beynəlxalq hüququn pozulmasıdır və bu, qınanmalıdır. Biz dünən İsrailin hücumlarını və bu hücumların necə dayandırılmasını müzakirə edirdik. Diplomatik kanallar həmişə açıq olmalıdır. Ancaq indi biz hücumla üzləşirik və biz buna cavab verməliyik. Biz bu hücumlara cavab verəcəyik”.
İranın xarici işlər naziri qeyd edib ki, İsrailin hücumundan əvvəl də Tehran Vaşinqton arasında nüvə məsələsi ilə bağlı müzakirə aparılırdı: “İndiyə qədər bir çox qırmızı cizgiləri keçmişdilər. Ən sonuncusu və təhlükəlisi isə dünən axşam oldu. Mən diplomatiya üçün nə qədər imkanlar qaldığını artıq bilmirəm. Diplomatiya üçün nə qədər imkan qaldığına baxacağıq ”.
Oxşar xəbərlər
İran XİN başçısı: ABŞ-ın hücumu İranın suverenliyi və ərazi bütövlüyünə yönəlib
Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib
İran xarici işlər naziri Qətərə gedir
Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim edib
Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
