sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan İtaliyanın Triest şəhəri ilə əlaqələrin inkişafında maraqlıdır
Azərbaycan İtaliyanın Triest şəhəri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bu barədə “Report” Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.
Azərbaycanlı diplomat bu məsələni Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşdə müzakirə edib.
"Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşməkdən və bu gözəl şəhərlə Azərbaycan şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən məmnun oldum. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Triest limanı arasında artıq mövcud olan və yüksələn xətlə inkişaf edən mühüm tərəfdaşlığı ayrıca qeyd etmək istərdim", - R.Aslanov yazıb.
Oxşar xəbərlər
İtaliyanın “Eni” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan səfiri Əmmanın meri ilə əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycanın İspaniyadakı səfiri və Madrid meri birgə layihələri müzakirə ediblər
Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib
Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













