Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır
Bu həftə növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatır.
Bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Qanunvericiliyə əsasən, məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək həyata keçirilməlidir.
Təqvim Planında bu müddət 2024-cü il avqustun 8-dən 29-dək müəyyən edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Oxşar xəbərlər
Seçiciyə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır
Seçiilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır
Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb
Gələn həftə səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi yekunlaşdırılacaq
Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













