Azərbaycanın bütün məhkəmələrini təmsil edən hakimlər toplanır: Səfa Mirzəyevin yerinə ÜZV SEÇİLƏCƏK
Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı keçiriləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, konfransda Məhkəmə-Hüquq Şurasına hüquq ictimaiyyətinin nümayəndəsi qismində yeni üzv seçiləcək.
Xatırladaq ki, bundan əvvəl Məhkəmə-Hüquq Şurasının hüquq ictimaiyyətinin nümayəndəsi qismində üzvü Səfa Mirzəyev olub. O, iyulun 22-də vəfat edib.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının tərkibi 15 nəfərdən ibarətdir. Onlardan doqquz hakim (hər məhkəmə instansiyasından üç hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində bir üzvü Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir.
Şuranın tərkibində digərlərini isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, Milli Məclisi tərəfindən təyin edilən şəxs, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs, Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim təşkil edir. Məhkəmə-Hüquq Şurasının üzvlərinin səlahiyyət müddəti beş ildir.
Oxşar xəbərlər
Şəbnəm Tovuzlu hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 100 milyon manatdan çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində bir çox səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












