Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
dek
2024
19:00

Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib

06 dek, 2024
19:00
609

Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib

Nazirlər Kabineti Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərarına dəyişiklik edib.

"Report"un məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri,
yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1,0 faizinə qədər, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Bizimlə əlaqə saxlayın