Bələdiyyə seçkilərinin yekunları 2025-ci il fevralın 23-dək elan ediləcək
Bələdiyyə seçkilərinin yekunları 2025-ci il fevralın 23-dək elan ediləcək.
"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.
Təqvim planına əsasən, dairə seçki komissiyaları tərəfindən səsvermənin yekunlarına dair protokolların MSK-ya təqdim edilməsi səsvermə günündən sonra ən geci 2 gün müddətində başa çatdırılmalıdır.
Seçkilərin yekunlarının yoxlanılması və təsdiqi səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində - fevralın 18-dək başa çatdırılacaq.
Plana görə, seçkilərin yekunlarının elan edilməsi isə seçki günündən başlayaraq ən geci 25 gün müddətində - yəni fevralın 23-dək başa çatdırılacaq.
Oxşar xəbərlər
Bələdiyyə seçkilərinin yekunları 2025-ci il fevralın 26-dək elan ediləcək
Bələdiyyə seçkiləri ilə bağlı seçici siyahıları dekabrın 25-dək məlumat lövhələrində yerləşdiriləcək
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır
2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













