

Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda 59 kəhriz kompleksi var"
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda 59 kəhriz kompleksinin mövcud olduğunu bildirib.
"Report"un məlumatına görə, o, Ağdam Konfrans Mərkəzində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, 56 min hektardan artıq meşə fondu işğal dövründə məhv edilib.
E.Hüseynov vurğulayıb ki, hazırda azad edilən ərazilərdə bərpa-quruculuq işləri zamanı dağıdılmış kəhrizlərə rast gəlinir: "Təkcə Ağdamda 59 kəhriz kompleksi mövcuddur. Bu kəhrizlər gələcəkdə yaşayış üçün olduqca önəmli su mənbəyidir. Onların bərpası bərpa-quruculuq prosesində effektiv rol oynaya bilər. Bərpa olunan kəndlərin ekologiyaya ziyan vurmadan suvarma suyu ilə təminatı, ərazilərdə mövcud müxtəlif çoxsaylı yataqlardan, geoloji ehtiyatlardan istifadə bərpa prosesində önəmli məsələlərdəndir".
Xüsusi nümayəndə qeyd edib ki, Ağdamda artıq yerli yataqlardan istifadə olunur: "Bərpa olunan kəndlərdə bu yataqlardan çıxarılan tikinti materialları - Ağdamın məşhur ağ daşı artıq istehsal olunaraq tikinti şirkətlərinə verilir. Tikinti layihələrində istifadə olunur. Bu ehtiyatlar daha geniş və dayanıqlı istismar layihələrinin icra müddətini qısaldacaq, məsrəfləri azaldacaq, eyni zamanda quruculuq işlərini sürətləndirəcək".
Oxşar xəbərlər
Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub
Ağdamda İşğal və Zəfər Muzey Komplekslərində tağvari hasar tikiləcək
Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək
Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub
Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Azərbaycanın Müstəqillik Günü münasibətilə Domodedovo hava limanında xüsusi proyeksiya edilib
