İşçi qrupunun rəhbəri: İtkin düşmüş azərbaycanlıların dəfn yeri barədə məlumatlar hələ də təqdim edilmir
Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.
APA xəbər verir ki, bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-da dərc edilən məqaləsində əksini tapıb.
Qeyd edilib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək zəkası, diplomatik və sərkərdəlik bacarığı, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində suveren ərazilərimizin erməni işğalından azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsi və Ermənistan tərəfinin itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları verməməsi bu prosesə mane olan əsas amillərdir:
“Ermənistanın rəsmi şəxslərinin kütləvi informasiya vasitələrində itkin düşmüş azərbaycanlıların dəfn yeri barədə onlarda məlumatların olduğunu bəyan etmələrinə baxmayaraq, bu məlumatlar hələ də Azərbaycana təqdim edilmir. Halbuki bu məsələ beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan tərəfinin diqqətinə çatdırılmışdır”.
Oxşar xəbərlər
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2022-ci ildə Laçında itkin düşmüş 2 hərbçinin meyit qalığı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2022-ci ildə Laçında itkin düşmüş 2 hərbçinin meyitinin qalıqları aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb, 200-ü keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












