Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi ilə vida mərasimi keçirilir
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov və Tahir Şirin oğlu Şirinovun meyitlərinin qalıqları Abşeron rayonuna gətirilib.
“Report”un yerli bürosunun məlumatına görə, hazırda Mehdiabad qəsəbəsində şəhidlərlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Elman Camalov 1970-ci il iyunun 23-də anadan olub. O, 1992-ci il yanvarın 26-da Daşaltı kəndində itkin düşüb. Şəhidin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.
Əbülfəz Əbilov 1961-ci il fevralın 12-də anadan olub. O, 1994-cü il yanvarın 19-da Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində itkin düşüb. Ə.Əbilovun qalıqları Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.
Cavanşir Hüseynov 1960-cı il iyulun 15-də anadan olub. O, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Şəhidin qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar edilib.
Tahir Şirinov 1959-cu il avqustun 23-də anadan olub. T.Şirinov 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Onun qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.
E.Camalov, Ə.Əbilov, C.Hüseynov və T.Şirinov Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.
Oxşar xəbərlər
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevlə Gəncədə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












