Qubada yanğın təhlükəsizliyini pozan istirahət mərkəzinin fəaliyyəti dayandırılıb
Quba rayonu, Qəçrəş kəndində yerləşən istirahət mərkəzinin fəaliyyəti dayandırılıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Oxşar xəbərlər
Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb
Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb
Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb
Qusarda yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO
Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













