AHİK yollayışların dəyərinin neçə faizini qurumun və vətəndaşın ödədiyini açıqlayıb
Azərbaycanda istirahət məqsədilə verilən yollayışların ümumi dəyərini 15 %-i müraciət edən, 85 %-ni isə həmkarlar ittifaqları ödəyir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov deyib.
Onun sözlərinə görə, müalicə məqsədli arayış alan şəxs isə ayrılıqda 15 %-ni özü ödəyir:
"Əgər arayış alan həyat yoldaşı ilə getmək istəyirsə, həmin şəxs AHİK-ə üzvdürsə, əmək pensiyaçıdırsa, sosial sığorta ödəyicisidirsə, onda 15 % ödəyir. Əks təqdirdə həmin şəxsin həyat yoldaşı 50 %-ni ödəyir, qalanını isə AHİK qarşılayır".
E.Ziyadov bildirib ki, il sonunadək AHİK yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə Skorinq sistemi qurmağı planlaşdırır:
"Bu sistemlə vətəndaşlar bal sisteminə əsasən seçiləcək".
Oxşar xəbərlər
Son yeddi ayda AHİK-dən sanatoriya və kurortlara verilən yollayışların sayı açıqlanıb
Həmkarlar İttifaqları Konfederasiyası AHİK+ layihəsini həyata keçirəcək
AHİK Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq edəcək
Həmkarlar İttifaqı üzvlərinin adlı siyahısı təsis olunub
"AHİK+" adlı yeni elektron layihə hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













