ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya
sizinxeber.az xəbər saytı

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya


Bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib.

“Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görmədik və payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”, - o bildirib.

Patel əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.

Oxşar xəbərlər

Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını təsdiqləyib
Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı
Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanırıq
Əliyev və Putinin dost münasibətləri strateji tərəfdaşlığın əsasını təşkil edir - Komitə sədri
Bu, Qəzzada münaqişənin qarşısını almayacaq - Nebenzya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər