Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar
sizinxeber.az xəbər saytı

Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar


2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılır.

Sizinxəbər.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

Belə ki, növbəti aydan Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxsə 2000 (iki min) manat veriləcək.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1700 (min yeddi yüz) manat müəyyən edilib.

Oxşar xəbərlər

Sosial müavinətlərin məbləği artırıldı
Azərbaycanda sosial müavinətlər, Prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər artırılıb
İyulun 1-dən dəfn pulu 600 manat olacaq
Azərbaycanda uşağın anadan olmasına görə 600 manat veriləcək
Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar