Sizinxeber.az » Media » Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

  • 4-10-2024, 17:00
  • Media
  • 0
  • 864

Naxçıvan Muxtar Respublikasında (MR) “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vurğulayıb ki, Naxçıvanda media subyektləri və nümayəndələrinin müasir media trendlərinə uyğun formada fəaliyyət göstərməsi, bu sahədəki mövcud çağdaş yanaşmaların tətbiq edilməsi üçün geniş şərait yaradılıb.

O, istər maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması baxımından bu gün Naxçıvanda sağlam mətbuat strukturunun formalaşdığını, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsinin Naxçıvan mediası üçün başlıca amillər sırasında yer aldığını diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentlik media sahəsində mütəxəssislər hazırlanması, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində çoxşaxəli tədbirlər reallaşdırır.

O, region mediası üçün dayanıqlı inkişaf mexanizmlərinin formalaşdırılması, media subyektlərinin cari vəziyyətinin qiymətləndirilməsi və müəyyənləşdirilən ehtiyaclar əsasında inkişaf proqramlarının təşkili məqsədilə icra olunan “Regional Medianın İnkişafı” layihəsinin Naxçıvanda ilk dəfə olaraq həyata keçirildiyinə diqqət çəkərək Naxçıvan Muxtar Respublikasının çoxillik tarixi ənənələrə malik media subyektlərinin müasir trendlərə, innovativ tətbiqlərə qoşulmasının, beynəlxalq səviyyədə tərəqqisinin prioritetlərdən olduğunu vurğulayıb.

Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev çıxış edərək region mediasında yeniliklərin tətbiqi məqsədilə görülən işlərin ümumilikdə, ölkə mediasının inkişafına təsiri barədə danışıb. O, bu addımların regionlarda informasiya mühitinin zənginləşməsinə, media qurumlarının peşəkarlıq səviyyəsinin yüksəlməsinə və daha etibarlı məlumat axınının təmin edilməsinə səbəb olduğunu bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə regional medianın inkişafı istiqamətində MEDİA Agentliyinin və Mətbuat Şurasının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edərək, region mediasının müasir standartlara uyğun infrastrukturunun formalaşmasının, əhalinin informasiyaya əlçatanlığının təmin edilməsi və ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsinin, habelə sözügedən sahədə uzunmüddətli davamlı inkişafın təşviqinin vacibliyini diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova Naxçıvan mediasının ümumi mənzərəsi və inkişaf tendensiyası, yerli media subyektlərinin və nümayəndələrinin fəaliyyəti, eyni zamanda onların ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı aparılan sorğuların nəticələrinə dair təqdimatla çıxış edib.

Sonra keçirilən sorğuların nəticələri ilə bağlı Naxçıvan media nümayəndələri ilə müzakirələr aparılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib