Demokratiya dərsləri: Qərb Azərbaycandan nəyi öyrənə bilər?
- 3-09-2024, 16:00
- Media
- 0
- 875
Ötən əsrin 90-cı və 2020-ci illərdə Qarabağın müdafiəsi, daha sonra işğaldan azad edilməsi uğrunda Ermənistanla iki dəfə qanlı toqquşmalara məruz qalan Azərbaycan getdikcə bərpa olunur, gələcəyə baxır. 2003-cü ildən ölkəyə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev geniş xalq dəstəyinə malikdir.
"Sizinxeber.az" xəbər verir ki, sentyabrın 1-i keçirilən növbədənkənar parlament seçkiləri zamanı Laçına səfər edən britaniyalı jurnalist Pol Bolduin "Ekspress" qəzetindəki məqaləsinə belə başlayır.
Müəllif yazır ki, Azərbaycan 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış gənc dövlətdir. Ölkə, əsasən, Xəzər dənizinin şelfindəki nəhəng neft və qaz ehtiyatları sayəsində kapitalist inkişaf yoluna uğurla qədəm qoyub. 2000-2014-cü illərdə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olub.
“2020-ci ildə əldə etdiyi qələbədən sonra Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdi və regionun Böyük Qayıdış adlı genişmiqyaslı yenidənqurma proqramına başladı. Məqsəd 90-cı illərin əvvəllərində evlərindən qovulmuş 700 min azərbaycanlını geri qaytarmaqdır”, - materialda qeyd olunub.
Müəllifin fikrincə, bunlar, çox böyük zəhmət tələb edən işlərdir. Eyni zamanda işin miqyası insanı valeh edir: “Bütün infrastruktur, qaz, işıq, su, banklar, mağazalar, məktəblərlə təchiz olunmuş, sıfırdan qurulmuş yeni şəhərlərdə oldum. Bu yalnız başlanğıcdır. Bu yeni şəhərlər - bundan sonra da çox sayda inşa olunacaq - energetika baxımından özünü tam təmin edir. Yəni enerji günəş panellərindən və su elektrik stansiyalarından əldə olunur”.
Post-breksit dövründə Britaniya üçün Azərbaycan investisiya və əməkdaşlıq üçün böyük imkanlar təklif edir. Ölkə artıq Avropa İttifaqını neft və qazla təmin edir və BP kimi Britaniya şirkətləri Azərbaycanda ən böyük xarici investorlardır.
Müəllif seçki zamanı gördükləri ilə bağlı təəssüratlarını da bölüşüb: “Demokratiyaya gəlincə, Qərb öz qiymətləndirmələrində diqqətli olmalıdır. Azərbaycan problemlərə baxmayaraq, gələcəyə inamla baxır, demokratik institutlarını gücləndirir”.
Və o, məqaləni maraqlı bir ifadə ilə bitirir: “Söhbət demokratiyaya gəldikdə isə düşünməyə dəyər ki, biz hər beş nəfərdən yalnız birinin Kir Starmerə səs verdiyi bir ölkədə yaşayırıq, lakin bizdə böyük çoxluğa və effektivliyi sıfır olan müxalifətə malik hökumətimiz var. Əgər bu demokratiyadırsa, kiminsə dediyi kimi, onda mən bananam..”


width="220" alt="Müstəqillik və suverenliyimizin təsbiti: Prezidentdən tarixi qərar" />
width="220" alt="Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür" />
width="220" alt="Dövlətçiliyimizin əsası Ulu Öndərin rəhbərliyi ilə qoyuldu - Kamaləddin Qafarov" />
width="220" alt="Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür" />
width="220" alt="Prezident: “Ulu öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq”" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />