Qərbi Azərbaycan Xronikası: Cəlaloğluya niyə erməni bolşevikin adı qoyulub?
- 21-12-2023, 02:41
- Media
- 0
- 1 971
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilən və tarixi danılması mümkün olmayan məkanlardan biri Cəlaloğlu rayonu haqqında süjet hazırlanıb.
"Report" xəbər verir ki, “Qızılbaşlar tayfasının mənsub olduğu rayon” adlı süjetdə ermənilərin Qafqaza ayaq basmasından sonra region xalqlarına aid tarixi gerçəklikləri daim total şəkildə təhrif etməsindən, bu çirkin əməlin indiki Ermənistan adlandırılan dövlətdə ənənəyə çevrilməsindən bəhs olunur.
Bildirilir ki, Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşən Cəlaloğlu rayonu indiki Ermənistanda inzibati rayon, rayon mərkəzi və şəhər tipli qəsəbə olub. 1801-cı ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçib. Toponim qızılbaşların “çəpni” türk tayfasından olan Əmir Məhəmməd bəy Cəlaloğlunun adı əsasında yaranıb.
Qeyd olunur ki, Rusiyanın İrəvan xanlığını 1828-ci ildə işğal etməsindən sonra ermənilər kütləvi şəkildə buraya köçürülüb və əhalinin tərkibi dəyişdirilməyə başlayıb:
“Cəlaloğlu rayonu indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçib. Bu ərazidə sovet dövründən başlayaraq oğuz türklərinə aid olan bütün toponim və hidronimlərin erməniləşdirilməsi əməliyyatına başlanılıb. Cəlaloğlu adı da dəyişdirilərək erməni bolşevik Stepan Şaumyanın şərəfinə Stepanavan adlandırılıb.
Diqqətə çatdırılır ki, rayonda mövcud olan 60 yaşayış məntəqəsinin əksəriyyətində azərbaycanlılar məskunlaşıblar və 1988-ci ildə Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və digər yaşayış məntəqələrini məcbur tərk ediblər. 1995-ci ildə ləğv edilən Stepanavan rayonunun ərazisi yeni təşkil edilən Loru mərzinə qatılıb və rayon üzrə 12-dən çox yer adları dəyişdirilib.
Sonda vurğulanır ki, oğuz-türk məkanlarının ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilməsi heç kim üçün sirr deyil:
“Təbii ki, qədim türk yurdlarını dünyaya öz ərazisi kimi sırıyan ermənilərin toponimlərimizi terror hədəfi seçməsinin qarşısını almağın vaxtı çoxdan çatıb. Əminik ki, Qərbi azərbaycanlılar doğulub yaşadıqları məkana yenidən qayıtmaqla tarixi torpaqlarımızı erməni əsarətindən xilas edəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


width="220" alt="İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"" />
width="220" alt="Qərbi Azərbaycan Xronikası: Göyçə mahalının camaatı şəkər xəstəliyinə tutulmayan kəndi - VİDEO" />
width="220" alt="“Sülh donu”na bürünmüş Ermənistanın genişmiqyaslı təxribat hazırlığı" />
width="220" alt="Qərbi Azərbaycan Xronikası: Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir?" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />