Naxçıvanda vergi daxilolmaları 3 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda vergi daxilolmaları 3 %-ə yaxın artıb


Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 79,5 milyon manat vergi daxil olub.

"Sizinxeber.az"un yerli bürosu quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 % çoxdur.

Ötən 4 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 57,3 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 9,4 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 6,4 % artaraq 1,6 milyon manat olub.

Oxşar xəbərlər

Naxçıvanda vergi daxilolmaları 8 %-dən çox artıb
Naxçıvanda vergi daxilolmaları 19 %-dən çox artıb
Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Naxçıvanda vergi daxilolmaları 32 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər