Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər, o cümlədən avtomobilin sürücüsü olduğu iddia edilən şəxsin həyat yoldaşı və qızı xəsarət alıb. Artıq sürücü saxlanılıb.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.