İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında saxlanılan 58 girovdan təxminən 20-si sağdır.

APA xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Baş nazirin sözlərinə görə, İsrail girovların azad olunması naminə Qəzzada müvəqqəti atəşkəs imkanını nəzərdən keçirməyə hazırdır.