Pakistan hərbçiləri ölkənin müxtəlif şəhərlərində İsrail istehsalı olan 25 pilotsuz uçuş aparatını (PUA) vurublar.

"Sizinxeber.az" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) baş direktoru Əhməd Şarif Çaudhri bildirib.

Onun sözlərinə görə, Hindistanın 12 dronu Lahor, Attok, Qucranvala, Çakval və s. şəhərlərdə vurulub.

Məlumata görə, dronlardan birinin zərbəsi nəticəsində bir mülki şəxs həlak olub, daha bir nəfər yaralanıb.

"İsrailin “Harop” PUA-larının qalıqları Pakistan boyunca müxtəlif yerlərdə toplanır", - ISPR-in məlumatında bildirilib.

09:27

Pakistanın Lahor şəhərində (ölkənin ikinci böyük şəhəri) Uolton hava limanı yaxınlığında bir sıra partlayışlar baş verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Samaa TV” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Hindistanın kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı vurulub.

Dron hava limanı ərazisində vurulub.