HƏMAS Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrail tərəfinin addımını gözləyir.

APA xəbər verir ki, məsələ ilə bağlı hərəkatın liderlərindən olan Abdel Rəhman Şədid “əl-Cəzira” telekanalına məlumat verib.

"HƏMAS israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı sazişə hazırdır və artıq bununla bağlı təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur", - Şədid bildirib.

Hərəkat həmçinin İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs tələb etdiyini rəsmən təsdiqləyib.