Son illər Azərbaycan biznesinin sosial məsuliyyəti yüksəlib, sosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.

"Özəl sektorda bu cür müsbət dəyişikliklər sevindiricidir. Cəmiyyət üçün vacib və həssas məsələlərdə, məsələn, koronavirus (COVID-19) pandemiyası və Vətən Müharibəsi zamanı, eləcə də Qarabağın dirçəlişində fəallıq göstərən sahibkarlarımıza xüsusilə təşəkkür edirik", - deyə o qeyd edib.