Çeçenistanın Naurski rayonunda yanacaq daşıyan avtomobilin yanacaq doldurma məntəqəsində partlaması nəticəsində 3 nəfər həlak olub.

APA xəbər verir ki, bu haqda İstintaq Komitəsinin regional şöbəsi məlumat yayıb.

"Naurski rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qaz partlayışı və 3 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb. Bu gün saat 16 radələrində Naurski rayonunun Novoterskoye kəndindəki yanacaqdoldurma məntəqəsində yanacaq çənində qaz partlayışı baş verib, nəticədə hadisə yerində olan 3 nəfər həlak olub", - məlumatda deyilir.

Məlumatda həmçinin hadisə yerində araşdırma aparıldığı qeyd olunub.