Volodimir Zelenski Ukraynanın NATO-ya üzv olmasını istəyir, lakin bu, heç vaxt baş verməyəcək.

Sizinxeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“O, heç vaxt NATO-nun üzvü olmayacaq. Zelenski bunu anlayır”, - Ağ Ev rəhbəri qeyd edib.

Bundan əlavə, Tramp Zelenskiyə nadir torpaq metalları üzrə sövdələşmədən imtinaya görə böyük problemlər vəd edib.