Bakıda ilin ən gözlənilən tədbirlərindən biri olan Xeyriyyə Vyana Balı baş tutub.
"Report" xəbər verir ki, tədbir Vyana meriyası və Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Vyana balının Bakıya qayıtması ilə təşkilatçılar ümid edirlər ki, bu tədbir təkcə illik bir ənənə deyil, həm də mədəni qarşılıqlı əlaqə üçün mühüm beynəlxalq platformaya çevriləcək.
Tədbirdə xeyriyyə hərracı keçirilib, ondan əldə edilən vəsait qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədilə Heydər Əliyev Fonduna və “SOS Children Villages” beynəlxalq təşkilatına göndərilib.