Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil.

“Sizinxeber.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq:

"Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödayən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər".