Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.

Bu sözləri “Sizinxeber.az”un Sumqayıt-Abşeron bürosuna Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.

E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.

Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.