Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosuna verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb.

Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.