Naxçıvanda məktəbli oğlanlar itkin düşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Kəngərli rayonu Xok kəndində qeydə alınıb.

Yeniyetmə uşaqlar yanvar ayının 14-ü hazırlığa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda onların axtarışları davam etdirilir. Artıq bu barədə rayon polis şöbəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.