Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Mirzoyan dəvəti qəbul edib və onun səfəri tezliklə baş tuta bilər.