Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb.
APA xəbər verir ki, bu haqda ölkənin “Yonhap” xəbər agentliyi məlumat yayıb.
***
05:28
Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb
APA xəbər verir ki, Cənubi Koreyada içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
İlkin məlumata görə Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində 28 nəfər həlak olub. Qəza yerində xilasetmə işləri davam etdirilir.