Gürcüstanda Avropayönümlü yeganə qurum hökumətdir, qalanların hamısı üç ildir ki, əllərindəki hər vasitə ilə Gürcüstanın Avropaya inteqrasiyasına qarşı kampaniya aparırlar.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında bildirib.

O, Gürcüstan hökumətinin ölkənin Avropa istiqamətində irəliləyişini təmin etmək üçün hər şeyi etdiyini qeyd edib