ABŞ-nin dəstəklədiyi qruplar Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Reuters” iki təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, “Suriya Demokratik Qüvvələri kimi tanınan alyans Deyr əz-Zorda nəzarəti tam ələ keçirib”.
Qeyd edilib ki, bu, bir həftə ərzində Suriya Prezidenti Bəşər Əsəd hökumətinin nəzarətindən çıxan üçüncü şəhərdir.
ABŞ-nin dəstəklədiyi qruplar Suriyada Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib