ABŞ-nin Nyu York şəhərindən Hindistanın Dehli şəhərinə uçan sərnişin təyyarəsi sərnişinin səhhətinin pisləşməsi səbəbindən Rusiyada, Moskva vilayətindəki Şeremetyevo Beynəlxalq Hava Limanında eniş edib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarəyə qalxan tibbi personal sərnişinin artıq öldüyünü qeydə alıb.

Hüquq-mühafizə orqanları da hadisəni təsdiqləyib.