Gürcüstanda polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb

Açıqlamada dekabrın 1-də Rustaveli prospektində keçirilən aksiya zamanı 52 yaşlı bir kişinin polisə “Molotovu kokteyli” ataraq su şırnağını zədələdiyi deyilir. Ona 7 ilə qədər həbs cəzası verilə bilər.

Hazırda cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb.