Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.

Bu barədə “Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, nazir noyabrın 22-də İstanbul şəhərində keçiriləcək 1-ci “İstanbul Enerji Forumu”nda təmsil olunacaq.

Forum çərçivəsində energetika nazirinin “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” sessiyasında müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.