Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, mərhum Bəhri Tağıyev Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kəndi qəbirstanlığında dəfn edilib.

***
21:33

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!