Neftçalada 3 yaşlı uşaq su çalasına düşərək boğulub.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ballıcallı kəndində baş verib.

Ailəsi ilə kəndə qonaq gələn, valideyinlərinin nəzarətindən kənarda qalan Bakı sakini, 2021-ci il təvəllüdlü H. X. velosiped sürərkən su çuxuruna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.