İspaniyanın Valensiya əyalətinin Gilete şəhərindəki monastıra naməlum şəxsin hücumu zamanı bir rahib ölüb, üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “El Periódico” nəşi məlumat yayıb.

Ağır kəllə-beyin travması alan 76 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. Digər yaralıların yaşı 57 ilə 95 arasında dəyişir.

Hücumun səhər saatlarında baş verdiyi qeyd edilir. Cinayətkarın axtarışları davam edir.