Qazaxıstanda hərbi helikopter qəzaya uğrayıb.

Sizinxeber.az xəbər veriri ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Aktobe vilayətinin Marktuk rayonu ərazisində təlim-məşq uçuşları zamanı helikopter sərt eniş nəticəsində qəzaya uğrayıb.

“Mi-8” hərbi helikopterinin Qazaxıstan hərbi hava qüvvələrinə aid olduğu, 3 ekipaj üzvündən birinin həlak olduğu bildirilir.