Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2009-cu il təvəllüdlü Bəbirova Xəyalə Xəyal qızını vurub. O,

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.