Gürcüstan Rusiyadan təbii qaz tədarükünü artırıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Statistika xidməti məlumat yayıb.

Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan tədarük tarixi rekorda - 90,1 milyon dollar səviyyəsinə çatıb.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5% artım deməkdir.