Azərbaycan Mərkəzi Bankı bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 81,4 ABŞ dolları, gələn il isə 79,2 ABŞ dolları olacağını proqnozlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
"Təbii qazın isə 1 000 kubmetrinin orta qiymətinin bu il 290 ABŞ dolları, gələn il isə 340 ABŞ dolları olacağını gözləyirik", - deyə o qeyd edib.