“Azərbaycan bayrağını dalğalandırmaq çox qürurverici hisdir. Özümə inanırdım. İlk dəfə idi ki, beynəlxalq arenada 63 kq-da çıxış edirdim. Çətin görüşlərimin olacağını bilirdim. Amma özümə bunu hazır etmişdim”.

Bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Sizinxeber.az-ya açıqlamasında deyib.

“Şükür ki, zəhmətimiz yerdə qalmadı. Mən və komandamız yaxşı nəticələr əldə etdik. Bu ilki hədəfim olimpiya çempionluğu idi. Qismət olmadı”.